Bank Of Baku

"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb

"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb
# 02 sentyabr 2019 22:13 (UTC +04:00)

Türkiyənin “Fənərbaçxa” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə yeni futbolçu qatıb.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi braziliyalı Luis Qustavonun keçidini rəsmiləşdirib.

Fransanın “Marsel” klubundan transfer olunan futbolçunun keçidi üçün 6 milyon avro ödənilib. “Sarı-lacivərdlilər” həm oyunçu, həm onun əvvəlki klubu ilə anlaşdıqlarını açıqlayıb.

L.Qustavo ilə 4 illik müqavilə imzalanıb. 32 yaşlı yarımmüdafiəçı 2023-cü ilin yayına qədər “Fənərbaxça”da çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR