Bank Of Baku

"Fənərbaxça" Luis Qustavonun keçidini həll edib

"Fənərbaxça" Luis Qustavonun keçidini həll edib
# 01 sentyabr 2019 22:56 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini gerçəkləşdirib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi uzun müddətdir heyətinə qatmaq istədiyi Luis Qustavo ilə anlaşıb.

Fransanın “Marsel” klubundan transfer olunan braziliyalı artıq İstanbula gəlib. 32 yaşlı müdafiəçi Super Liqanın “Trabzonspor”la bu gün keçiriləcək qarşılaşmasını tribunadan izləyəcək. 

Sabah tibbi müayinədən keçəcək müdafiəçi bundan sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, “Fənərbaxça” braziliyalı futbolçu üçün “Marsel”ə 6 milyon avro ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR