Bank Of Baku

FİFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoyub

FİFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoyub
# 24 oktyabr 2019 13:07 (UTC +04:00)

FİFA-nın Şurasının Çində keçirilən iclasında futbolçuların icarəyə verilməsi ilə bağlı məhdudiyyətlər qoyulub.

APA-nın məlumatına görə, bu yeniliklər 2021/22 mövsümündən başlayaraq qüvvəyə minəcək.

Məhdudiyyət 22 yaşdan aşağı futbolçuların, həmçinin onlardan böyüklərin ölkə xaricinə keçidlərinə şamil ediləcək. Hər klub 8 belə futbolçunu icarəyə verə və ya götürə bilər.

2022/23 mövsümündən şərtlər daha da sərtləşəcək. Hər kluba 6 icarə haqqı veriləcək. Üstəlik, iki komanda arasında maksimum 3 icarə əsaslı keçid mümkün olacaq.

Bundan başqa, futbol agentlərinin qazancına da məhdudiyyət qoyulub. Onlar transferdən maksimum 10, mükafatlardan 3 faiz ala biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR