Bank Of Baku

Fransa millisinin baş məşqçisi: “Azərbaycanla oyunda qol imkanlarından yararlanmaq üçün dəqiqlik çatmadı”

Fransa millisinin baş məşqçisi: “Azərbaycanla oyunda qol imkanlarından yararlanmaq üçün dəqiqlik çatmadı”
# 11 oktyabr 2019 10:19 (UTC +04:00)

“Seçmə mərhələyə yaxşı başladıq. İlk oyunda qalib gəlmək vacib olduğundan sevincliyik”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Silven Ripol deyib.

O, AVRO-2021-in seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb. Mütəxəssis 5:0 hesablı qələbədən razı qalsa da, qol imkanlarının qaçırılmasından gileylənib: “Psixoloji baxımdan istədiyimiz səviyyədə idik. Bu, lazım olan inkişaf üçün yetərlidir. Çoxsaylı qol imkanları yaratdıq. Lakin Azərbaycanla oyunda qol imkanlarından yararlanmaq üçün dəqiqlik çatmadı. Bu, daha çox bir neçə real şansı qaçırdığımız ikinci hissəyə də aiddir. Bunun üzərində çalışmalı, hücumları sona çatdırmağı yaxşılaşdırmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR