Bank Of Baku

Futbol üzrə Azərbaycan yığması 296 gündən sonra xal qazanıb

Futbol üzrə Azərbaycan yığması 296 gündən sonra xal qazanıb
# 09 sentyabr 2019 23:43 (UTC +04:00)

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsindəki 5-ci oyununda Xorvatiya ilə heç-heçə edib.

APA-nın məlumatına görə, 1:1 hesablı bərabərlik yığmamızın məğlubiyyət seriyasına son qoyub.

Komanda bunadək rəsmi turnirlərdə son xalını Millətlər Liqasında əldə etmişdi. 2018-ci noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adalarına 2 cavabsız qol vuran milli 296 gündən sonra xal sevinci yaşayıb.

Bu müddətdə futbolçularımız 5 məğlubiyyət alıblar. Millətlər Liqasında Kosovoya 0:4, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Uelsə eyni – 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzan komanda "Bakcell Arena"da azarkeşlərini sevindirə bilib.

Millətlər Liqası deyil, yalnız seçmə mərhələləri nəzərə alsaq, qələbəsizlik daha uzun sürüb. 2017-ci il sentyabrın 5-də San-Marinonu 5:1 hesabı ilə yenən yığma 734 gündən sonra xal qazanıb. Məğlubiyyət seriyası isə 6 oyuna bərabər olub. Dünya çempionatının seçmə mərhələsinin son iki görüşündə Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə məğlubiyyət acısı yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR