Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
APA-nın məlumatına görə, yığma Belarusla üz-üzə gəlib.
Matç Minskdəki MAPİD İdman Kompleksində keçirilib. Görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurublar.