Bank Of Baku

İlin futbolçusu adına 10 namizəd açıqlanıb

İlin futbolçusu adına 10 namizəd açıqlanıb
# 31 iyul 2019 21:03 (UTC +04:00)

2018/19 mövsümünün ən yaxşı 10 futbolçusu açıqlanıb.

APA-nın məlumatına görə, FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədləri adlarını elan edib.

Ən yaxşı adına Kriştiano Ronaldo (“Yuventus”), Mateys de Liqt (“Ayaks”/“Yuventus”), Lionel Messi (“Barselona”), Frenki de Yonq (“Ayaks”/ “Barselona”), Harri Keyn (“Tottenhem”), Eden Azar (“Çelsi”/“Real”), Kilian Mbappe (PSJ), Sadio Mane (“Liverpul”), Məhəmməd Salah (“Liverpul”) və Vircil van Deyk (“Liverpul”) iddia edirlər.
 
Ən yaxşı futbolçu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Öncə üç namizəd açıqlanacaq. Sentyabrın 23-də İtaliyanın Milan şəhərindəki mükafatlandırma mərasimində isə mövsümün ən yaxşısı açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR