İtaliya A seriyasında I tur başa çatıb.
APA-nın məlumatına görə, turun son günündə bir oyun keçirilib.
Günün yeganə matçı Milanda baş tutub. “İnter” mövsümdəki ilk görüşündə “Leççe”ni sınağa çəkib.
Meydan sahibləri qarşılaşmanın taleyini ilk yarıda həll ediblər. Hər hissədə iki qol vuran “İnter” çempionata 3 xalla başlayıb.
Qeyd edək ki, II turun oyunları avqustun 30-31-də və sentyabrın 1-də keçiriləcək.
İtaliya A seriyası
I tur
26 avqust
“İnter” – “Leççe” – 4:0
Brozoviç, 21, Sensi, 24, Lukaku, 60, Kandreva, 84