Bank Of Baku

İtaliya klubu İqor Tudoru istefaya göndərib

İtaliya klubu İqor Tudoru istefaya göndərib
# 01 noyabr 2019 17:00 (UTC +04:00)

İtaliyanın A seriyasında baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, “Udineze” klubu İqor Tudoru istefaya göndərib.

Xorvatiyalının vəzifəsindən azad edilməsi komandanın uğursuz nəticələri ilə bağlıdır. Luka Qotti komandanın müvəqqəti baş məşqçisi təyin edilib.

Udine təmsilçisinin baş məşqçisi olmağa namizədlər siyahısı isə genişdir. Burada Massimo Karrera, Cennaro Qattuzo, Françesko Qvidolin, Stefano Kolantuono və Paskuale Marinonun adı var.

Qeyd edək ki, “Udineze” A seriyasında 14-cü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR