Bank Of Baku

İtaliya klubu tarixinin rekordunu təkrarlayıb

İtaliya klubu tarixinin rekordunu təkrarlayıb
# 28 oktyabr 2019 01:24 (UTC +04:00)

İtaliyanın “Atalanta” klubu tarixinin rekordunu təkrarlayıb.

APA-nın məlumatına görə, Berqamo təmsilçisi A seriyasının IX turunda “Udineze”ni 7:1 hesabı ilə darmadağın edib.

Bu, klub tarixinin A seriyasında ən böyükhesablı qələbəsinin təkrarı olub. “Atalanta” 1952-ci ildə “Triestina”ya eyni hesabla qalib gəlib.

Bununla da Berqamo klubu ilk 9 oyunda vurduğu qol sayını 28-ə çatdırıb. A seriyasında son 27 ildə heç bir komanda startda belə məhsuldar olmayıb.

Sonuncu dəfə belə yüksək göstəriciyə 1992/93 mövsümündə təsadüf olunub. Həmin vaxt “Milan” 9 turda daha çox – 29 qol vurmağı bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR