Bank Of Baku

İtaliya millisinin sabiq baş məşqçisi Çində işləyəcək

İtaliya millisinin sabiq baş məşqçisi Çində işləyəcək
# 29 iyul 2019 17:35 (UTC +04:00)

Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi Roberto Donadoni karyerasını Çində davam etdirəcək. 

APA-nın məlumatına görə, o, “Şençjen” klubunun “sükanı arxasına” keçəcək. 

55 yaşlı mütəxəssis Asiya təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. Ötən il “Boloniya”dan ayrıldıqdan sonra işsiz qalan çalışdırıcı yaxın günlərdə rəsmi anlaşmaya imza atacaq. 

Qeyd edək ki, 2006-2008-ci ildə millinin baş məşqçisi olan R. Donadoni “Liverno”, “Cenoa”, “Napoli”, “Kalyari” və “Parma”da da işləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR