Azərbaycan Premyer Liqasında IX tura start verilib.
APA-nın məlumatına görə, üç gün ərzində keçiriləcək turun ilk günündə iki matç baş tutub.
“Keşlə” öz meydanında “Qəbələ”ni qəbul edib. Paytaxt təmsilçisi ilk yarıda iki cavabsız qol vurub. Qonaqlar fasilədən sonra bu toplardan yalnız birinin əvəzini çıxıblar. Bu qələbə sayəsində bakılılar 2-ci pilləyə yüksəliblər.
Çempionatın autsayderi “Sabah” evdə “Zirə” ilə qarşılaşıb. Hesabı qonaqlar açsalar da, fasiləyədək iki qol vuran meydan sahibləri önə keçiblər. “Zirə” yalnız qarşılaşmanın sonlarında vurulan qolla məğlubiyyətdən qaçıb. Lakin bir xal da “Sabah”a son pilləni tərk etmək üçün yetərli olub.
Qeyd edək ki, tur sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” və ertəsi baş tutacaq “Qarabağ” – “Səbail” oyunları ilə başa çatacaq.
Azərbaycan Premyer Liqası
IX tur
26 oktyabr (şənbə)
“Sabah” – “Zirə” – 2:2
Qollar: Amadu Diallo, 28, 44 // Nicat Süleymanov, 23, 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 18:00
“Keşlə” – “Qəbələ” – 2:1
Qollar: Lorenzo Frutos, 1; Sezar Meza Kolli, 42 // Davit Volkov, 58
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:00
|
1 |
Qarabağ |
8 |
7 |
1 |
0 |
18-2 |
22 |
|
2 |
Keşlə |
9 |
4 |
3 |
2 |
11-5 |
15 |
|
3 |
Neftçi |
8 |
4 |
2 |
2 |
11-6 |
14 |
|
4 |
Səbail |
8 |
3 |
1 |
4 |
8-13 |
10 |
|
5 |
Sumqayıt |
8 |
3 |
1 |
4 |
7-9 |
10 |
|
6 |
Zirə |
9 |
2 |
3 |
4 |
8-14 |
9 |
|
7 |
Sabah |
9 |
1 |
4 |
4 |
8-10 |
7 |
|
8 |
Qəbələ |
9 |
1 |
3 |
5 |
5-17 |
6 |
Bombardir: Lorenzo Frutos ("Keşlə") – 5 qol.