Bank Of Baku

“Keşlə” “Osmanlıspor”la qarşılaşacaq

“Keşlə” “Osmanlıspor”la qarşılaşacaq
# 25 iyul 2019 10:52 (UTC +04:00)

Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan “Keşlə” futbol klubu Türkiyəyə yollanacaq. 

APA-nın məlumatına görə, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək. 

Qəsəbədə yerləşən “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq paytaxt təmsilçisi toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Tərlan Əhmədovun yetirmələri iyulun 31-də Türkiyənin I liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblərin kimliyi hələlik dəqiqləşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR