Bakının “Keşlə” Türkiyə toplanışındakı son yoxlama matçını sabah keçirəcək.
APA-nın məlumatına görə, Tərlan Əhmədovun yetirmələri yerli "Batman Petrolspor" komandası ilə qarşılaşacaq.
Matç “The Sign Esentepe” otelinin stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.