Bakının “Keşlə” klubunun sabiq futbolçusu Valeri Kutsenko özünə yeni komanda tapıb.
APA-nın məlumatına görə, ötən mövsüm başa çatdıqdan sonra paytaxt təmsilçisini tərk edən 32 yaşlı ukraynalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
V.Kutsenko I dəstədə çıxış edən “Avanqard”a keçib. Kramatorsk təmsilçisi ilə futbolçu arasında rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, yarımmüdafiəçi “Keşlə”yə qədər vətənində “Dnepr”, “Nikolayev”, “Obolon”, “Vorskla”, “Krivbass” və “Çernomorets”də də çıxış edib.