Bank Of Baku

Kiril Petrov: "Bu, "Neftçi"nin daxilində sirr olaraq qalsın"

Kiril Petrov: "Bu, "Neftçi"nin daxilində sirr olaraq qalsın"
# 10 iyul 2019 21:42 (UTC +04:00)

"Sperantsa”nı yaxşı analiz etmişik. Güclü rəqibdir". 

APA-nın məlumatına görə, bunu Bakının "Neftçi" klubunun futbolçusu Kiril Petrov deyib. 

Ukraynalı müdafiəçi sabah "Sperantsa" ilə Moldovada keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, "Zimbru” stadionunda keçiriləcək matça ciddi hazırlaşıblar: "Çalışacağıq keçən il buraxdığımız səhvləri təkrarlamayaq. 90 dəqiqə sonadək vuruşmağa hazırıq. Rəqibin hər hansı cəhətini qeyd etmək istəmirəm. Bu, komanda daxilində sirr olaraq qalsın. Baş məşqçi nəzəri məşğələlərdə bizə rəqibin zəif və güclü nöqtələrini göstərib. Bunu oyun üçün saxlayacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR