Klarens Zeedorf Kamerun yığmasından istefaya göndərilib

Klarens Zeedorf Kamerun yığmasından istefaya göndərilib
# 17 iyul 2019 00:52 (UTC +04:00)

Futbol üzrə Kamerun milli komandasının baş məşqçisi Klarens Zeedorf istefaya göndərilib.

APA-nın məlumatına görə, buna Afrika Millətlər Kubokundakı uğursuz çıxış səbəb olub.

1/8 finalda Nigeriyaya 2:3 hesabı ilə uduzan kamerunluların mübarizəni dayandırması baş məşqçinin vəzifəsindən azad edilməsi ilə nəticələnib. 43 yaşlı mütəxəssis bu posta ötən il təyin olunmuşdu.

Qeyd edək ki, Hollandiya yığmasının sabiq futbolçusu bunadək “Milan”, “Şençjen” və “Deportivo”da da çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR