Bank Of Baku

Klublararası dünya çempionatının tarixi dəqiqləşib

Klublararası dünya çempionatının tarixi dəqiqləşib
# 26 iyul 2019 13:07 (UTC +04:00)

Futbol üzrə klublararası dünya çempionatının tarixi dəqiqləşib.

APA-nın məlumatına görə, Qətərdə təşkil olunacaq yarış dekabrın 11-də start götürəcək.

Turnirə ayın 21-də yekun vurulacaq. Çempionatda 6 qitənin ən güclüləri və meydan sahibi iştirak edəcək.

Bu komandalardan beşi artıq dəqiqləşib. İngiltərənin “Liverpul”, Meksikanın “Monterrey”, Tunisin “Esperans”, Qətərin “Əl-Sədd”, Yeni Kaledoniyanın “Yeqen Sport” klublarına Cənubi Amerikada Libertadores kubokunu, Asiyada Çempionlar Liqasını qazananlar da qoşulacaqlar.

Qeyd edək ki, hər il 7 komandanın iştirakı ilə baş tutan dünya çempionatı 2021-ci ildən 24 klubun iştirakı ilə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR