Bank Of Baku

Komanda yoldaşının saatını oğurlayan futbolçu klubdan kənarlaşdırılıb

Komanda yoldaşının saatını oğurlayan futbolçu klubdan kənarlaşdırılıb
# 01 oktyabr 2019 16:40 (UTC +04:00)

Fransanın “Nitsa” klubu saat oğurluğu ilə bağlı qalmaqaldan sonra hücumçusu Lamin Diabi ilə müqaviləyə xitam verib.

APA-nın məlumatına görə, 13 yaşından “Nitsa”nın sıralarında olan forvardın buradan kənarlaşdırıldıqdan sonra karyerasını “Paris”də davam etdirəcəyi bildirilir. 

Bu komanda Liqa2-də sonuncu pillədə qərarlaşıb. 

Bir müddət əvvəl “Nitsa”nın soyunub-geyinmə otağından hücumçu Kasper Dolberqin 70 min avro dəyərində saatı itib. Oğurluqda şübhəli bilinən L.Diabi az keçməmiş vəkilləri ilə klubun bazasına gələrək günahını etiraf edib və baş məşqçi Patrik Vieyradan üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR