Bank Of Baku

Kriştianu Ronaldo Marbelyada 1,45 milyon dollara villa alıb

Kriştianu Ronaldo Marbelyada 1,45 milyon dollara villa alıb
# 29 iyul 2019 13:43 (UTC +04:00)

Portuqaliya milli komandasının və “Yuventus”un futbolçusu Kriştianu Ronaldo özünə yeni villa alıb. 

APA-nın məlumatına görə, 34 yaşlı hücumçunun yeni mülkü İspaniyanın Marbelya şəhərində yerləşir. 

İstirahət üçün nəzərdə tutulan bu villa 1,45 milyon dollara alınıb. Ronaldonun yeni evi iki çəki dərəcəsində UFC-nin sabiq çempionu Konor Makqreqorun qonşuluğundadır. 

Villa şəhər kənarı “La Resina” qolf klubunun ərazisində yerləşir. Oradan birbaşa Aralıq dənizinə mənzərə açılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR