İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldonun oğlu məhsuldarlığı ilə diqqət mərkəzinə düşüb.
APA-nın məlumatına görə, balaca Kriştianu Ronaldo Turin təmsilçisinin U-9 komandasında 28 oyunda 58 qol vurub.
O, həm də 18 qolun məhsuldar ötürməsinin müəllifidir.
Qeyd edək ki, K.Ronaldo 2018-ci ilin yayında “Real”dan “Yuventus”a keçib. Onun transferi 117 milyon avroya gerçəkləşib.