Bank Of Baku

Lionel Messi Avropanın ən yaxşı hücumçusu adına yiyələnib

Lionel Messi Avropanın ən yaxşı hücumçusu adına yiyələnib
# 29 avqust 2019 20:55 (UTC +04:00)

Avropa 2018/19 mövsümünün ən yaxşı hücumçusu bəlli olub.

APA-nın məlumatına görə, bu ada “Barselona”nın forvardı Lionel Messi layiq görülüb.

O, Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında mükafatlandırılıb. Argentinalı Sadio Mane ilə Kriştianu Ronaldonu üstələyib.

Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”lu Alisson Bekker, müdafiəçisi onun komanda yoldaşı Vircil van Diyk, yarımmüdafiəçisi ötən ili “Ayaks”da keçirən Frenki de Yonq seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR