Fransa Liqa1-də yeni mövsümün ilk turu davam edir.
APA-nın məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.
“Marsel” öz meydanında “Reyms”ə uduzub. “Monpelye” isə “Renn”lə ev qarşılaşmasından xalsız ayrılıb. “Bordo” hesabı açdığı görüşdə “Anje”yə məğlub olub. “Sent Etyen” səfərdə, “Nitsa” evdə üç xalı bayram edib. Günün digər matçında qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura avqustun 11-də yekun vurulacaq.
Fransa Liqa1
I tur
10 avqust
“Marsel” – “Reyms” – 0:2
Dia, 58, Yun, 90
“Anje” – “Bordo” – 3:1
Reyne-Adelaide, 27, Laqe, 33, Manqani, 45 – Da Previl, 4
“Dijon” – “Sent Etyen” – 1:2
Tavares, 34 (pen.) – Hamouma, 5, Aholou, 11
“Monpelye” – “Renn” – 0:1
Morel, 6
“Nitsa” – “Amyen” – 2:1
Herelle, 32, Denis – Akolo, 81
“Brest” – “Tuluza” – 1:1
Autret, 25 – Kouloris, 89