Bank Of Baku

Litva millisinin sabiq futbolçusu intihar edib

Litva millisinin sabiq futbolçusu intihar edib
# 25 sentyabr 2019 17:25 (UTC +04:00)

Litva milli komandasının sabiq futbolçusu Arturas Rimkyaviçyusun meyiti tapılıb.

APA-nın məlumatına görə, 36 yaşlı veteran hücumçunun intihar etdiyi ehtimal olunur.

Təfərrüatı hələ dəqiqləşməyən hadisə ilə bağlı araşdırmalar aparılır. Karyerasını 2016-cı ildə başa vuran A. Rimkyaviçyus Litva millisində 7 oyunda 3 qol vurub. Ölkə çempionatında 205 matçda 117 dəfə fərqlənin forvard Latviya, Yunanıstan, Finlandiya və Bruneydə legioner həyatı yaşayıb.

Qeyd edək ki, A.Rimkyaviçyus karyerasını zədələr üzündən başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR