İngiltərənin “Liverpul” klubunun futbolçusu Simon Minyole karyerasını Belçikada davam etdirəcək.
APA-nın məlumatına görə, Premyer Liqa klubu qapıçısını “Brügge”yə satıb.
Belçikalı qolkiperin transferi 9 milyon avroya başa gəlib. “Liverpul”da əsas heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı əlcək sahibi 5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, S.Minyole 2013-cü ildən “Liverpul”da çıxış edirdi.