Bank Of Baku

"Liverpul"un müdafiəçisi ilin futbolçusu seçilib

"Liverpul"un müdafiəçisi ilin futbolçusu seçilib
# 29 avqust 2019 21:23 (UTC +04:00)

Avropanın ilin ən yaxşı futbolçusu müəyyənləşib.

APA-nın məlumatına görə, bu ada “Liverpul”un müdafiəçisi Vircil van Diyk yiyələnib.

O, “Barselona”nın argentinalı futbolçusu Lionel Messi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldonu üstələyib. Cənubi amerikalı Çempionlar Liqasının qrup mərhələsinin bu gün keçirilən püşkatmasında təltif olunub.

Qeyd edək ki, Alisson Bekker qapıçı, Vircil van Diyk müdafiəçi, Frenki de Yonq yarımmüdafiəçi, Lionel Messi hücumçu kimi 2018/19 mövsümünün ən yaxşısı adına layıq görülüblər. İlin ən yaxşı qadın futbolçusu isə Lusi Bronz seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR