“Qarabağ”ın zədəli futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
APA-nın klubun saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının X turunun “Neftçi” ilə matçda zədələnən hücumçunun əzələsində dartınma aşkarlanıb.
Bu səbəbdən də futbolçu təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. M.Emreli “Qarabağ”ın Premyer Liqanın XI turunun “Zirə”, Avropa Liqasının IV turunun APOEL ilə görüşlərini, həmçinin Azərbaycan yığmasının Uels və Slovakiya ilə AVRO-2020-nin seçmə matçlarını da buraxmalı olacaq.
Qeyd edək ki, “Qarabağ” APOEL-lə noyabrın 7-də, “Zirə” ilə ayın 10-da üz-üzə gələcək. Yığma isə AVRO-2020-nin son 2 matçında Uels və Slovakiya ilə oynayacaq. Bu matçlar noyabrın 16-da və 19-da baş tutacaq.