Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” – APOEL oyununda avtoqol qeydə alınıb.
APA-nın məlumatına görə, 2:2 hesabı ilə başa çatan görüşdə Kipr klubunun ilk qolunu Nikolas İoannisin vurduğu təəssüratı yaransa da, bu, avtoqol kimi tarixə düşüb.
Rəsmi mənbələr topa toxunan Maksim Medvedevi avtoqol müəllifi kimi tanıyıb. Bu, müdafiəçinin avrokuboklarda ikinci belə uğursuzluğudur.
“Qarabağ”ın vitse-kapitanı 2017/18 mövsümündə Çempionlar Liqasında da belə halla üzləşmişdi. O, “Çelsi” ilə Londondakı qarşılaşmada (0:6) “qapıları səhv salmışdı”.
Bununla da müdafiəçi Azərbaycan klublarının avrokuboklardakı çıxışları tarixində yeni antirakordun müəllifi olub. M.Medvedev qitəmiqyaslı klub turnirlərində 1-dən çox avtoqol edən ilk və yeganə oyunçudur.
Ümumilikdə isə Azərbaycan klubları avrokuboklarda 9-cu dəfə avtoqola üzülüb. “Qarabağ”la “Qəbələ” daha çox – hərəyə 3, “Neftçi” 2, “Dinamo” (sonrakı “Bakı”) 1 dəfə belə uğursuzluq yaşayıb.
1998/99
22 iyul. “Arceş” (Rumıniya) – “Dinamo” – 5:1
Rafael Əmirbəyov, 3
2004/05
27 iyul. “Qarabağ” – “Dukla” (Slovakiya) – 0:1
Azər Cabbarov, 62
2014/15
21 avqust. “Partizan” (Serbiiya) – “Neftçi” – 3:2
Denis Silva, 29, Elvin Yunuszadə, 69
2015/16
5 noyabr. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” – 4:0
Serhey Zenyov, 67
2016/17
15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
Rafael Santos, 41
20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
Rikardinyo, 70
2017/18
12 sentyabr. “Çelsi” (İngiltərə) – “Qarabağ” – 6:0
Maksim Medvedev, 82
2019/20
24 oktyabr. “Qarabağ” – APOEL (Kipr) – 2:2
Maksim Medvedev, 29