Bank Of Baku

Maradona ingilislərə söz atıb: “Söz verirəm, sol yox, sağ əllə qol vuracağam”

Maradona ingilislərə söz atıb: “Söz verirəm, sol yox, sağ əllə qol vuracağam”
# 01 noyabr 2019 22:41 (UTC +04:00)

“Zamanı geri qaytarmaq imkanımızın olmasını istəyərdim”.

APA-nın məlumatına görə, bunu Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona deyib.

Dünya futbolunun əfsanəsi 1986-cı ildə Meksikada keçirilən dünya çempionatını xatırlayıb. O, 1/4 final oyununda İngiltərə yığmasının qapısına əllə vurduğu qolla bağlı suala orijinal şəkildə cavab verib.

Sonradan bu qolun “Tanrının əli” ilə vurulduğunu açıqlayan D.Maradona 33 ildən sonra ingiltərəlilərə yenə qıcıqlandırıb: “Belə olsa, ingilislərə söz verərdim ki, sol əlimlə qol vurmayacağam... Onlara sağ əlimlə qol vurardım”.

Qeyd edək ki, Meksikadakı mundialda keçirilən oyunun 51-ci dəqiqəsində hesabı açan D.Maradona topa əli ilə toxunub. Bu qoldan üç dəqiqə sonra isə dublunu rəsmiləşdirib. Böyük britaniyalılar 80-ci dəqiqədə Hari Linikerin qolu ilə fərqi minimuma endiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR