Bank Of Baku

Marko Rossi: “Azərbaycanla matç heç vaxt olmadığı qədər vacibdir”

Marko Rossi: “Azərbaycanla matç heç vaxt olmadığı qədər vacibdir”
# 30 sentyabr 2019 17:20 (UTC +04:00)

“Slovakiya ilə matçda böyük şansı əldən verdiyimizi bilirik. Hərçənd həmin oyunda futbolçular mümkün olan hər şeyi etmişdilər”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsində oktyabrın 10-da Xorvatiya, 13-də Azərbaycanla üz-üzə gələcək macarların italiyalı çalışdırıcısı bu matçların çətinliyini vurğulayıb: “İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşmada bəxtimiz gətirib. Bizi iki çox çətin görüş gözləyir. Xorvatiya və Azərbaycanla matçlar heç vaxt olmadığı qədər vacibdir”.

M.Rossi final mərhələsinə vəsiqə üçün mübarizə apardıqlarını qeyd edib: “Final mərhələsinə çıxmaq üçün şanslarımız var. Bu qarşıdakı iki matçdan – xüsusilə də ikincinin nəticəsindən asılıdır. Sözsüz ki, Azərbaycan millisinə qalib gəlməliyik. Kağız üzərində Xorvatiyanı məğlub etməyimiz mümkünsüz görünür. Amma səfər görüşündə də nəyə qadir olduğumuzu göstərməliyik. Biz onların da, özümüzün də kim olduğumuzu bilirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR