Bank Of Baku

Mauro Ikardi PSJ-yə keçib

Mauro Ikardi PSJ-yə keçib
# 02 sentyabr 2019 13:20 (UTC +04:00)

Argentina millisinin futbolçusu Mauro Ikardi 2019/20 mövsümünü Fransada keçirəcək.

APA-nın məlumatına görə, hücumçu icarə əsasında PSJ klubunda çıxış edəcək.

Paris təmsilçisi hücumçunun icarəsi ilə bağlı İtaliya “İnter”i ilə razılıq əldə edib. M.İkardi bu gün Milandan Fransa paytaxtına yollanacaq. Cənubi amerikalı tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, M.İkardi 2013-cü ildən “İnter”də çıxış edir. Onun milanlılarla müqaviləsi 2021-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR