Bank Of Baku

Meksikada 20 yaşlı futbolçu öldürülüb

Meksikada 20 yaşlı futbolçu öldürülüb
# 18 iyul 2019 11:00 (UTC +04:00)

Meksikanın “Dorados de Sinalos” klubunun futbolçusu Mirşa Fransisko Errera Qastelum dünyasını dəyişib. 

APA-nın məlumatına görə, 20 yaşlı sol cinah müdafiəçisi restoranda tanımadığı şəxslər tərəfindən öldürülüb. 

Futbolçuya hücum edən 4 nəfər ona bıçaq xəsarətləri yetirib. M. Qastelum təcili xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər. 

Meksika polisi faktla bağlı araşdırmaya başlayıb. 

Qeyd edək ki, M. Qastelum son 5 ildə “Dorados” oynayırdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR