İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.
APA-nın məlumatına görə, MLS-də çıxış edən “Di-Si-Yunayted” türk əsilli almaniyalı futbolçunu heyətində görmək istəyir.
M. Özil bu klubda Ueyn Runini əvəzləməlidir. İngiltərəli 2020-ci ilin yanvarında “Derbi Kaunti”yə keçəcək. O, bu komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, M. Özil 2013-cü ildən “Arsenal”da oynayır. O, ötən mövsüm 35 oyunda 6 qol vurub.