İspaniyanın “Atletiko” klubunun futbolçusu Anhel Korrea karyerasını İtaliyada davam etdirəcək.
APA-nın məlumatına görə, yarımmüdafiəçinin “Milan”a keçidi razılaşdırılıb.
İtaliya təmsilçisi transferlə bağlı futbolçunun müqavilə ilə məxsus olduğu Madrid klubu ilə anlaşıb. Razılığa əsasən “Milan” A.Korrea üçün 40 milyon avro ödəyəcək.
“Atletiko” argentinalı orta sahə oyunçusunun satışından əldə olunacaq vəsaiti yeni transferinə xərcləmək istəyir. Paytaxt klubu “Valensiya”nın hücumçusu Rodriqonu heyətinə qatmağı planlaşdırır.