Bank Of Baku

“Milan” əlcəzairli futbolçu transfer edib 

“Milan” əlcəzairli futbolçu transfer edib 
# 04 avqust 2019 13:31 (UTC +04:00)

İtaliyanın “Milan” klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, A seriyası təmsilçisi əlcəzairli futbolçu İsmael Bennaseri heyətinə qatıb.

“Empoli”dən transfer olunan yarımmüdafiəçi üçün 16 milyon avro ödənilib. Bu rəqəm bonuslar hesabına daha 1 milyon avro arta bilər.

“Milan” İ.Bennaserlə 5 illik müqavilə imzalayıb. 21 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayına kimi bu komandada çıxış edəcək.

Qeyd edək ki, “Empoli” afrikalı futbolçunu 2 il əvvəl İngiltərə “Arsenal”ından cəmi 1 milyon avroya transfer etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR