İtaliyanın “Milan” klubunun futbolçusu Patrik Kutrone karyerasını İngiltərədə davam etdirəcək.
APA-nın məlumatına görə, 21 yaşlı futbolçu “Vulverhempton”a transfer olunub.
Milanın eyniadlı klubunun yetirməsi olan P.Kutronenin müqaviləsinin detalları açıqlanmır. 2017-ci ildən klubunun əsas komandasında oynayan hücumçu ötən mövsümdə 34 matçda 3 qol vurub.
Qeyd edək ki, P.Kutrone 2018-ci ildən İtaliya millisinin formasını geyinir.