Bank Of Baku

Moldova yığması türkiyəli mütəxəssisə tapşırılıb

Moldova yığması türkiyəli mütəxəssisə tapşırılıb
# 29 oktyabr 2019 13:36 (UTC +04:00)

Futbol üzrə Moldova milli komandasında baş məşqçi dəyişikliyi baş verib.

APA-nın məlumatına görə, Moldova Futbol Federasiyası bu vəzifəni icra edən Semyon Altmanı istefaya göndərib.

Onunla müqaviləyə xitam verilib. Buna yığmanın uğursuz nəticələri səbəb olub.

Baş məşqçi vəzifəsinə 49 yaşlı türkiyəli mütəxəssis Engin Fırat gətirilib. O, Türkiyə və Almaniya klublarında baş məşqçi və köməkçi kimi çalışıb. 2008-09-cu illərdə isə İran yığmasının baş məşqçisi Əli Daeinin köməkçisi olub. Son iş yeri ABŞ-da olan mütəxəssis “Dallas Siti”nin texniki direktoru kimi fəaliyyət göstərib.

Qeyd edək ki, S.Altmanın təxminən 3 ay rəhbərlik etdiyi yığma bu müddətdə keçirdiyi 4 oyunun hamısında uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR