Monteneqro futbol millisinin qapıçısı 26 yaşında ölüb

Matiya Şarkiç

© APA | Matiya Şarkiç

# 15 iyun 2024 16:33 (UTC +04:00)

İngiltərənin “Milloula” komandasının və Monteneqro futbol millisinin qapıçısı Matiya Şarkiç 26 yaşında vəfat edib.

APA “Daily Mail”-ə istinadən xəbər verir ki, ölümün səbəbi açıqlanmır.

Bildirilir ki, futbolçu Budvada istirahətdə olarkən vəziyyəti pisləşib.

Dostları təcili yardım çağırıb, lakin həkimlər Şarkiçi xilas edə bilməyiblər.

Polis araşdırma aparır. İlkin ehtimala görə, təbii ölüm halı baş verib.

Qapıçı Monteneqro millisinin heyətində 9 oyuna çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR