Bank Of Baku

Namik Ələskərov: “Bney Yehuda”nın nə qədər ciddi olduğunu bilirik

Namik Ələskərov: “Bney Yehuda”nın nə qədər ciddi olduğunu bilirik
# 07 avqust 2019 17:54 (UTC +04:00)

"Komandamız üçün çox vacib oyundur. “Bney Yehuda”nın nə qədər ciddi olduğunu bilirik, oyunlarını analiz etmişik". 

APA-nın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Namik Ələskərov Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil edilən mətbuat konfransında deyib. 

O, sabah baş tutacaq matçda əsas məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb: "Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əvvəl ilk oyunu səfərdə keçirmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Mən də komanda kimi təlaş keçirməməyə çalışacağam ki, oyunu sakit tərzdə başa vuraq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR