Bank Of Baku

“Napoli” ispaniyalı hücumçu ilə müqavilə bağlayıb

“Napoli” ispaniyalı hücumçu ilə müqavilə bağlayıb
# 02 sentyabr 2019 12:13 (UTC +04:00)

İspaniya milli komandasının sabiq futbolçusu Fernando Lorente karyerasını İtaliyada davam etdirəcək.

APA-nın məlumatına görə, 34 yaşlı hücumçu “Napoli” ilə müqavilə imzalayıb.

İngiltərənin “Tottenhem” klubu ilə anlaşması başa çatan ispaniyalı yeni komandasına azad agent kimi keçib. Bu, F.Lorentenin İtaliyaya ikinci keçididir. O, 2013-15-ci illərdə “Yuventus”un şərəfini qoruyub.

Qeyd edək ki, hücumçu “Atletik”, “Sevilya” və “Suonsi”də də çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR