"Neftçi" ilk qələbəsini qazanıb, "Qarabağ" darmadağınla qalib gəlib
Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
APA-nın məlumatına görə, turun son günündə iki oyun keçirilib.
Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son görüşlər Bakıda baş tutub. Öncə “Neftçi” “Sumqayıt”ı qəbul edib.
Hesabı qonaqlar açsalar da, paytaxt təmsilçisi iki dəfə fərqlənərək əzmkar qələbə əldə edib. Bu "Neftçi"nin mövsümdə ilk çempionat qələbəsi olub.
Turun son matçınadək itkisiz irəliləyən “Səbail”lə “Qarabağ” üz-üzə gəlib. Məhsuldar keçən qarşılaşmada son çempion rəqibini darmadağın edib – 4:0. Bu, Ağdam təmsilçisinin startda ardıcıl 3-cü qələbəsi olub.
Qeyd edək ki, turun ilk günündə “Keşlə” “Qəbələ”ni səfərdə 4:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” matçında qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan Premyer Liqası
III tur
1 sentyabr
“Neftçi” – “Sumqayıt” – 2:1
Qollar: Emin Mahmudov, 64, Ativen Monroz, 90+3 - Mehdi Şərifi, 33 (pen.)
Baş hakim: Səbuhi Bayramov
Bakı. “Bakcell Arena”, saat 19:00
“Səbail” – “Qarabağ” – 0:4
Qollar: Dani Kintana, 2, İsmayıl İbrahimli, 29, 59, Mahir Emreli, 62
Baş hakim: Kamal Umudlu
Bakı. “ASCO Arena” stadionu, saat 21:00
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
3 |
3 |
0 |
0 |
8-0 |
9 |
|
2 |
Keşlə |
3 |
2 |
0 |
1 |
5-1 |
6 |
|
3 |
Səbail |
3 |
2 |
0 |
1 |
4-4 |
6 |
|
4 |
Zirə |
3 |
1 |
1 |
1 |
2-2 |
4 |
|
5 |
Neftçi |
3 |
1 |
1 |
1 |
3-3 |
4 |
|
6 |
Sumqayıt |
3 |
1 |
0 |
2 |
3-5 |
3 |
|
7 |
Sabah |
3 |
0 |
2 |
1 |
2-3 |
2 |
|
8 |
Qəbələ |
3 |
0 |
0 |
3 |
0-9 |
0 |
Bombardirlər: Mehdi Şərifi ("Sumqayıt"), İsmayıl İbrahimli (“Qarabağ”) - 3 qol