Bank Of Baku

“Neftçi” məğlub olduğu matçda yubileylərlə yadda qalıb

“Neftçi” məğlub olduğu matçda yubileylərlə yadda qalıb
# 27 avqust 2019 11:17 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” ilə oyunu “Neftçi”nin dörd futbolçusu üçün yubileylə əlamətdar olub. 

APA-nın məlumatına görə, Zirə İdman Kompleksinin stadionundakı görüşdə 4 oyunçu 6 yubiley qeyd edib. 

Rəhman Hacıyev “Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, Premyer Liqada 117, kubokda 21, avrokuboklarda 12 dəfə “ağ-qaralar”ın formasını geyinib. Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb. Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb. 

Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan Premyer Liqasında 50-ci oyunlarını keçiriblər. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. 

Beləliklə, onlar həm də “Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər. 

Qeyd edək ki, yubileylərlə zəngin olan matçda “Neftçi” 0:1 hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR