Bank Of Baku

“Neftçi” və “Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bilinəcək

“Neftçi” və “Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bilinəcək
# 05 avqust 2019 01:01 (UTC +04:00)

Bu gün Avropa Liqasında pley-offun püşkü atılacaq.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

III təsnifat mərhələsi başlamadığından püşkatmada cütlər iştirak edəcək. Tədbir iki hissədən ibarət olacaq.

Əsas yolda 26 cütün növbəti rəqibləri bilinəcək. Onlar 13 duelin iştirakçılarını müəyyənləşdirəcəklər.

Azərbaycanın ən titullu klubu “Neftçi”nin İsrail “Bney Yehuda”sı ilə cütü də püşkə qatılacaq. Səpələnməmişlərdən olan bu cütlük bölgü zamanı 3-cü qrupa daxil edilib. “Neftçi” “Bney Yehuda” cütünün qalibi üçün 5 variant mümkündür.

Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinəcək. Ağdam klubunun Kipr APOEL-i ilə cütü Avropa Liqasının Çempionlar yolunda da iştirak edəcək. Burada Çempionlar Liqasının 6 Çempionlar yolunun 6 cütü də yer alıb. Həmin cütlərin məğlubları Avropa Liqasına yollanacaq. Avropa Liqasının Çempionlar yolunun 10 cütündə isə qaliblər mübarizəni davam etdirəcək. 

Bu cütlük 2-ci qrupun səpələnmişlərindəndir. Ağdamlılarla Nikosiya təmsilçisi üçün 5 mümkün variant mövcuddur.

Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsinin püşkatması

Çempionlar yolu

1-ci qrup
Səpələnmişlər

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya) cütünün məğlubu
“Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu
Səpələnməmişlər
“Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva) cütünün qalibi
"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan) cütünün qalibi
"Riqa" (Latviya)  - HİK (Finlandiya) cütünün qalibi
"Düdelanj" (Lüksemburq) – “Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Şerif" (Moldova) - AIK (İsveç) cütünün qalibi

2-ci qrup
Səpələnmişlər

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün məğlubu
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün məğlubu
Səpələnməmişlər
"Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) cütünün qalibi
"Lüdoqorets" (Bolqarıstan) - TNS (Uels) cütünün qalibi
“Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus) cütünün qalibi
"Astana" (Qazaxıstan) - "Valletta" (Malta) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya) cütünün qalibi

Əsas yol

1-ci qrup
Səpələnmişlər

“Pünik” (Ermənistan) - “Vulverhempton” (İngiltərə) cütünün qalibi
“Legiya” (Polşa) - “Atromitos” (Yunanıstan) cütünün qalibi
"Styaua" (Rumıniya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi
“Hoqesun” (Norveç) - PSV (Holldnaiya) cütünün qalibi
Səpələnməmişlər
“Torino” (İtaliya) - “Şaxtyor” (Belarus) cütünün qalibi
“Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi
“Austriya” (Vyana, Avstriya) – “Apollon” (Kipr) cütünün qalibi
“Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya) cütünün qalibi

2-ci qrup
Səpələnmişlər

“Sparta” (Çexiya) - “Trabzonspor” (Türkiyə) cütünün qalibi
“Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan) cütünün qalibi
AEK (Kipr) - “Gent” (Belçika) cütünün qalibi
“Lütsern” (İsveçrə) - “Espanyol” (İspaniya) cütünün qalibi
Səpələnməmişlər
"Universitatya” (Krayova, Rumıniya) - AEK (Yunanıstan) cütünün qalibi
“Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi
MOİK (Bolqarıstan)/“Osiyek” (Xorvatiya) - “Zarya” (Ukrayna) cütünün qalibi
“Norçepinq” (İsveç)i - “Hapoel Bier-Şeva” (İsrail) cütünün qalibi

3-cü qrup
Səpələnmişlər

“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya) cütünün qalibi
"Brondbü" (Danimarka) - “Braqa” (Portuqaliya) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) - “Ayntraxt” (Almaniya) cütünün qalibi
“Malmö” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
“Partizan” (Serbiya) - “Yeni Malatyaspor” (Türkiyə) cütünün qalibi

Səpələnməmişlər
“Tyun” (İsveçrə) - “Spartak” (Moskva, Rusiya) cütünün qalibi
“Mölde” (Norveç) - “Aris” (Yunanıstan) cütünün qalibi
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Strasburq” (Fransa) cütünün qalibi
“Mariupol” (Ukrayna) - “Alkmaar” (Hollandiya) cütünün qalibi
“Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail) cütünün qalibi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR