"Neftçi" və "Səbail" Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

"Neftçi" və "Səbail" Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar
# 18 iyul 2019 01:09 (UTC +04:00)

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

APA-nın məlumatına görə, yarışa bu raunddan başlayan Azərbaycanın iki klubu da cavab oyununu keçirəcək.

“Səbail” səfərdə “Universitatya Krayova” ilə üz-üzə gələcək. Topaz Premyer Liqasının bürünc mükafatçısı çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparacaq.

Bakıda 2:3 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır. 

Paytaxtın digər təmsilçisi “Neftçi” isə doğma divarlar arasında meydana çıxacaq. Azərbaycanın ən titullu klubu Moldova “Speranta”sı ilə üz-üzə gələcək.

Topaz Premyer Liqasının gümüş mükafatçısı səfərdə üç cavabsız qolla məğlub etdiyi rəqibi ikinci dəfə də yenməyə çalışacaq. Növbəti mərhələyə vəsiqəni “Bakcell Arena”da rəsmiləşdirməli olan bakılılar qırmızı vərəqə və zədələrdən qorumağı da düşünməlidir. 

Qeyd edək ki, “Universitatya Krayova” - “Səbail”in oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. “Neftçi” – “Speranta” matçı isə bir saat sonra start götürəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
18 iyul

20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan)
Baş hakim: Helqi Mikael Yonasson
Baş hakimin köməkçiləri: Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson
Dördüncü hakim: İvar Orri Kristyansson (hamısı İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

21:00. “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova)
Baş hakim:
Julian Veynberger
Baş hakimin köməkçiləri: Maksimilian Kolbiç, Mihael Nemetz
Dördüncü hakim: Andreas Heyss (hamısı Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR