Bank Of Baku

“Neftçi”dən ayrılan futbolçu Moldova klublarına keçməkdən imtina edib

“Neftçi”dən ayrılan futbolçu Moldova klublarına keçməkdən imtina edib
# 09 iyul 2019 12:56 (UTC +04:00)

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Petru Raku iki komandadan təklif alıb.

APA-nın məlumatına görə, 2018/19 mövsümünün ikinci yarısında paytaxt təmsilçisinin formasını geyinən moldovalı müdafiəçi karyerasını vətənində davam etdirməklə bağlı təkliflərlə razılaşmayıb.

O, avrokuboklarda iştirak edəcək “Milsami” və “Petrokub”un maraq dairəsinə düşüb. Hər iki komanda ona istənilən vaxt ölkə xaricinə yollanmaq imkanı yaratmaq vəd edib. Lakin 2018/19 mövsümü başa çatandan sonra klubsuz qalan P.Raku Moldova komandalarına keçməyə razı olmayıb.

Qeyd edək ki, müdafiəçi 2019-cu ilin əvvəlində keçdiyi “Neftçi”də 2 oyunda meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR