Azərbaycan Premyer Liqasında IX turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib.
APA-nın məlumatına görə, “Neftçi”nin fransalı futbolçusu Baqali Dabo turun oyunçusu seçilib.
O, “İnStat”ın təhlilinə əsasən ən yüksək indeksə layiq görülüb. Buna səbəb B.Dabonun “Sumqayıt”la səfər oyununda vurduğu 2 qolla komandasının 4:2 hesablı qələbəsində pay sahibi olmasıdır.
Turun rəmzi komandası isə aşağıdakı kimidir:
Qapıçı: Mehdi Cənnətov – 255 (“Sumqayıt”)-3
Müdafiəçilər: Ailton Silva - 282 (“Qarabağ”)-3, Adrian Skarlatake – 279 (“Zirə”), Bədavi Hüseynov - 268 (“Qarabağ”)-2, Abbas Hüseynov - 251 (“Qarabağ”)-7
Yarımmüdafiəçilər: Stiven Monroz – 307 (“Neftçi”)-4, Qara Qarayev - 319 (“Qarabağ”)-3, Sezar Meza Kolli - 300 (“Keşlə”)-2, Davit Volkov – 265 (“Qəbələ”)
Hücumçular: Baqali Dabo - 320 (“Neftçi”)-2, Amadu Diallo - 318 (“Sabah”)