"Bütün komandanı təbrik edirəm. Son dəqiqəyə qədər vuruşduq".
APA-nın məlumatına görə, bunu "Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar deyib.
Haitili futbolçu "Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O, klubunun saytına açıqlamasında bu qələbənin psixoloji baxımdan çox əhəmiyyətli olduğunu və ikinci qolun feyr-pley qaydalarına zidd vurulmadığını bildirib: "Artıq neçənci oyundur ki, yaratdığımız qol vəziyyətlərindən yaxşı istifadə edə bilmirik. Psixoloji baxımdan çox əhəmiyyətli qələbə idi. Hər kəs hakimin işini gördü. Bununla bağlı danışmaq istəmirəm. Qələbə qolumuza gəlincə, fair-pley qaydalarına zidd vurulmayıb. Çünki həm "Sumqayıt”ın futbolçusu top çıxmazdan əvvəl ayağa qalxıb oyuna davam etmişdi, həm də həkimlərdən heç kim meydana daxil olmamışdı. Əgər "Sumqayıt”ın futbolçusuna hər hansı tibbi yardım göstərilsəydi, təbii ki, biz topu rəqibə qaytarmalıydıq. Amma qol epizodunda belə hal yox idi”.