Bank Of Baku

“Neftçi”nın Müşahidə Şurası son turlardakı nəticələrə görə komandaya iradını bildirib

“Neftçi”nın Müşahidə Şurası son turlardakı nəticələrə görə komandaya iradını bildirib
# 26 sentyabr 2019 16:56 (UTC +04:00)

Bu gün “Neftçi”nın Müşahidə Şurasının növbəti iclası keçirilib. 

APA-nın məlumatına görə, klubun inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara A komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub. Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, Premyer Liqanın 5 turundan sonra hesabında 5 xal olan “Neftçi” turnir cədvəlində 6-cıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR