“Heyətdəki rotasiya futbolçuları “Neftçi” ilə cavab oyunu üçün qorumaqla bağlı deyildi. Biz tibbi göstəriciləri əsasən belə addım atdıq”.
APA-nın məlumatına görə, bunu Rusiyanın “Arsenal” klubunun baş məşqçisi İqor Çerevçenko deyib.
Avropa Liqasında Azərbaycanın ən titullu klubu “Neftçi”nin rəqibi olan Tula təmsilçisi Premyer Liqada “Rostov”a uduzub. Baş məşqçi 2:3 hesablı məğlubiyyətdən sonra ardıcıl uğursuzluqlar barədə fikirlərini açıqlayıb: “Hücumda problemlərimiz yaranıb. İki futbolçu sıradan çıxıb. Bunlar Kanqva və Aleksdir. Sabah bazada görüşüb müzakirə edəcəyik. 3 oyunda 6 qol buraxmaq heç nəyə yaramır. Bu, təkcə müdafiəçilər deyil, bütün komanda və məşqçilər korpusunun günahıdır”.
İ.Çerevçenko bakılılara 0:1, Rostovun eyniadlı təmsilçisinə 2:3 hesabı ilə uduzmağın mənfi hal olduğunu qeyd edib: “Neftçi” ilə qarşılaşmaya qədər vaxtımız var. Bunun üzərində işləyəcəyik. Necə alınacağını cümə axşamı keçiriləcək oyun göstərəcək. Hər oyunçu və məşqçinin anlayışı var. Ardıcıl iki ev oyununda uduzmaq pisdir. Amma biz nə birinci, nə sonuncuyuq”.
Qeyd edək ki, “Neftçi” – “Arsenal” matçı avqustun 1-də keçiriləcək.