Bakının "Neftçi" klubunun Avropa Liqasında keçirəcəyi ilk oyun canlı yayımlanacaq.
APA-nın məlumatına görə, paytaxt təmsilçisinin I təsnifat mərhələsinin "Speranta" ilə Moldovadakı görüşü “CBC Sport”la nümayiş olunacaq.
İyulun 11-də baş tutacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüş Kişinyovun “Zimbru” stadionunda keçiriləcək.
“Speranta” – “Neftçi” oyununun canlı yayımlanmasına görə həmin gün saat 20:00-da start götürəcək "Səbail" - "Universitatya Krayova" görüşü “CBC İnternational”da nümayiş olunacaq.